Portuqaliyada 14 yaşlı yeniyetmə koronavirusdan ölüb

 08:47 30.03.2020     1443

Portuqaliyada yeniyetmə COVID-19 virusundan ölüb.

Redaktor.az-ın verdiyi məlumata görə, bunu Səhiyyə naziri Marta Temido deyib.

Onun sözlərinə görə, 29 mart tarixinə ölkədə təxminən 6 min yoluxma halı qeydə alınıb, indiyədək 119 nəfər ölüb.

Bildirilir ki, Ovar şəhərində yaşayan 14 yaşlı xəstədə əvvəllər immun çatışmazlığı ilə əlaqəli problemlərin olduğu üzə çıxıb. //APA