Gürcüstanda koronavirusa yoluxanların sayı 91 nəfərə çatıb

 09:40 30.03.2020     1790

Gürcüstanda koronavirusa yoluxma hallarının sayı 91-ə çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə məlumat hökumətin yaratdığı xüsusi veb saytında (stopcov.ge) yerləşdirilib.

Karantin rejimində 4717 nəfər, xəstəxanada 268 nəfər nəzarət altındadır.

Qeyd edək ki, 91 yoluxan şəxsdən 18-i artıq sağalıb. //Trend.az