Ukraynada yüksək vəzifəli şəxs koronavirusa yoluxdu

 17:47 30.03.2020     629

Ukraynanın Zaporojya Vilayəti Şurasının sədri Qriqori Samardakda koronavirus aşkarlanıb.

Redaktor.az bildirir ki, bu barədə Vilayət Şurasının Mətbuat xidmətindən bildirilib. 

“Qriqori Samardakda COVID-19-un olması təsdiqlənib. Hazırda Vilayət Şurası sədri ailə həkiminin müşahidəsi altındadır. Onun ailəsi isə təcrid edilib”, - açıqlamada deyilir.

Qeyd edək ki, indiyədək Zaporojya vilayətində 13 yoluxma faktı qeydə alınıb. İndiyə qədər Ukraynada 480 nəfərdə koronavirus aşkarlanıb. 11 nəfər virusun qurbanı olub. // Report