Türkiyədə koronavirusa yoluxanların sayı 10 mini ötdü

 22:15 30.03.2020     861

Türkiyədə koronavirusa yoluxma hallarının sayı bir gün ərzində 1,6 min artaraq, 10 827-ə çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca bildirib.

O qeyd edib ki, daha 37 nəfər koronavirusun qurbanı olub, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 168 nəfərə yüksəlib.

"Bu gün 11 535 test keçirilib, onlardan 1 610-u müsbət olub, bizdə 10 827 koronavirusa yoluxmuş xəstə var. Bu gün 37 pasiyent itirdik, ölənlərin ümumi sayı 168 nəfərdir. Cəmi 162 pasiyent sağaldı, 725 nəfər reanimasiyadadır", - Koca “Twitter”də yazıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də COVID-19 infeksiyasını pandemiya elan edib. ÜST-ün son məlumatına görə, artıq dünyada koronavirusa 634 mindən çox yoluxma qeydə alınıb, dünyada demək olar ki, 30 min insan koronavirusun qurbanı olub. //Report.az