Daha bir ölkədə koronavirusa yoluxma aşkarlandı

 22:59 30.03.2020     863

Botsvanada koronavirusa yoluxma halı aşkarlanıb.

Redaktor.az-ın məlumatına görə, bu barədə “Reuters” məlumat yayıb.

Ölkənin səhiyyə naziri Lemoqanqa Kvape bildirib ki, ölkədə COVID-19 infeksiyasına 3 yoluxma qeydə alınıb. Virusa yoluxanlar karantin rejimindədir.

Onlar bu yaxınlarda Tailand və Böyük Britaniyadan qayıdıblar. // Report