Gürcüstanda koronavirusa yoluxanların sayı 100 nəfəri keçdi

 07:14 31.03.2020     1388

Gürcüstanda daha üç nəfərə koronavirus diaqnozu qoyulub.

Redaktor.az bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Bununla ölkədə koronavirusa yoluxanların sayı 103 nəfərə çatıb. Onların 20-si sağalıb. Hazırda aktiv COVID-19 infeksiyası daşıyıcılarının sayı 83 nəfər təşkil edir.

Karantində 5 114, stasionar nəzarətdə isə 263 nəfər saxlanılır.