İtaliyada koronavirusdan ölənlərin sayı 12 mini keçdi

 20:44 31.03.2020     2187

İtaliyada daha 837 nəfər pandemiyanın qurbanı olub. 

Redaktor.az xəbər verir ki, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 12 428 nəfərə çatıb. 

Məlumatda həmçinin daha 4 053 nəfərə infeksiya diaqnozu qoyulduğu və ölkə üzrə yoluxanların ümumi sayının 105 792 nəfərə yüksəldiyi vurğulanıb.