Koronavirusdan ölənlərin sayı 40 mini keçdi

 20:59 31.03.2020     4415

Dünyada koronavirus pandemiyasının qurbanlarının sayı 40 672 nəfərə çatıb.

Redaktor.az xəbər verir ki, dünyada ən çox ölüm hadisəsi İtaliya (12 428), İspaniya (8 269), ABŞ (3 424), Çin (3 305), Fransa (3 024), İran (2 898), Böyük Britaniya (1 801) və Niderlandda (1 039) qeydə alınıb.

Qeyd edək ki, infeksiya indiyədək 201 ölkə və regionda qeydə alınıb.

Koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.