SON DƏQİQƏ: Türkiyədən çox üzücü xəbər gəldi... - Bu gün 2704 nəfər...

 21:20 31.03.2020     3554

Türkiyədə yeni növ koronovirusdan (COVID-19) ölüm sayı 214 nəfərə çatıb.

Redaktor.az-ın xəbərinə görə, Türkiyə Səhiyyə Nazirliyinin https://covid19.saglik.gov.tr/ saytında koronavirus haqqında gündəlik məlumat verən sistemin məlumatlarında bu barədə bildirilib.

Məlumatda qeyd olunub ki, bu gün 46 koronaviruslu xəstə ölüb və son 24 saatda 15 422 şübhəli koronavirus testindən keçib, onlardan 2704-nün cavabı müsbət çıxıb. Bununla da Türkiyədə koronavirusa yoluxanların sayı 13 531-ə çatıb.

Bu infeksiyaya yoluxanlar arasında indiyədək 243 nəfər müalicə olunub.

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib ki, əvvəlki günlə müqayisədə Türkiyədə koronavirus infeksiyasına yoluxanlarla bağlı aparılan analizlərin sayı 25,2 faiz artıb, test müayinələri aparan mərkəzlərin sayı isə 75-ə çatıb. //APA