İki dəqiqəyə nəticə verən koronavirus testi hazırlanıb

 11:13 01.04.2020     1098

ABŞ-ın Qida və Dərman İdarəsi (FDA) iki dəqiqədə nəticə verən koronavirus testinin istifadəsinə razılıq verib.

Redaktor.az bildirir ki, test Los-Anceles şəhərində yerləşən “Bodysphere” şirkəti tərəfindən hazırlanıb. O da vurğulanıb ki, yoxlamalar ancaq tibb işçiləri tərəfindən həyata keçirilə bilər.

Şirkətdən bildirilib ki, testin epidemiyanın daha çox yayıldığı bölgələrə göndərilməsi üçün federal və yerli nümayəndələrlə əməkdaşlıq edilir. //Oxu.az