“Kurtlar vadisi”nin aktyoru koronavirusdan ölüb

 11:04 01.04.2020     504

Türkiyədə koronavirusa (COVID-19) yoluxmuş aktyor Turxan Qaya vəfat edib.

Redaktor.az xəbər verir ki, 69 yaşlı sənətçi 10 gün əvvəl öskürək şikayəti ilə xəstəxanaya müraciət edib. Müayinə zamanı onun virusa yoluxduğu müəyyənləşib. Dərhal karantinə alınan aktyor bu gün xəstəxanada vəfat edib.

Qeyd edək ki, indiyədək müxtəlif filmlərdə oynayan T. Qaya ən son “Kurtlar vadisi” serialında “Ordinarus” obrazını canlandırmışdı. //APA