Koronavirusu bu ölkə qəsdən yayıb - Gizli sənədlər... / FOTOLAR

 12:17 01.04.2020     1099

Dünyada bu anadakən koronavirusa yoluxanların sayı 860 minə, ölənlərin sayı isə 42 min 300-ə çatıb.

Redaktor.az xəbər verir ki, Covid-19 virusu ilə bağlı cavab tapmayan suallar hələ də dünya gündəminin əsas müzakirə obyektidir.

Ölümcül virusların nümunələrini aparan bir alimin necə saxlanıldığına dair dəlillər ortaya çıxıb.

Hadisə ABŞ-da qeydə alınıb. Çinli alim SARS və MERS viruslarının nümunələrini apararkən ABŞ gömrüyündə saxlanılıb. Bununla bağlı FTB-nin hesabatında aşağıdakı ifadələr yer alıb:

"Aparılan araşdırma nəticəsində kiçik şüşələrin içində yer alan maddələrin MERS və SARS xəstəliklərinə yol aça biləcəyi müəyyənləşib".

Ələ keçirilən digər şüşədə isə ölümcül qida zəhərlənməsi böcəyi - E Coli nümunəsi tapılıb. Bu nümunələr ABŞ-lı mütəxəssislər tərəfindən ciddi təhlükə kimi dəyərləndirilib.

FTB isə həmin ölümcül nümunələri aparan çinli alimin adını açıqlamayıb. 

Bu sənədlərin yayılmasından sonra bəzi mütəxəssislər koronavirusun bilərəkdən yayılması mövqeyindən çıxış ediblər, bəziləri isə bunun təsadüf olduğunu deyirlər.