Somalinin sabiq Baş Naziri koronavirusdan ölüb

 15:03 01.04.2020     1346

Somalinin sabiq Baş Naziri Nur Həsən Hüseyn koronavirusdan vəfat edib.

Redaktor.az bildirir ki, o Londonda müalicə olunduğu xəstəxanada ölüb.

Sabiq Baş Nazirin oğlu atasının Böyük Britaniyada dəfn olunacağını bildirib.

Qeyd edək ki, Nur Həsən Hüseyn 2007-2009-cu illərdə Somalinin Baş Naziri olub.