Rusiyada həkim 53 nəfəri koronavirusa yoluxdurmaqda ittiham edilir

 21:36 01.04.2020     781

Rusiyanın Komi Respublikasının Sıktıvkar şəhərində həkim xəstələri koronavirusa yoluxdurmaqda ittiham edilir.

Redaktor.az bildirir ki, fevralın sonunda həkimin uşaqları Avropada olublar.

Ərazidə 54 virusa yoluxma halının 53-ü həmin həkimin işlədiyi xəstəxanada müşahidə edilib.

Komi Səhiyyə naziri Dimitriy Berezin tibb müəssisəsinin 14 gün müddətinə karantinə bağlandığını deyib. //Oxu.az