Koronavirusla bağlı SON VƏZİYYƏT - 1 milyona yaxınlaşır...

 11:14 02.04.2020     861

Dünyada koronavirusa yoluxanların sayı 936 mini keçib.

Redaktor.az bildirir ki, COVİD-19-dan ölənlərin sayı isə 47 mindən artıqdır.

ABŞ-da yoluxanların sayı xüsusən artır. Belə ki, 215 min yoluxma faktı qeydə alınıb, 5110 nəfər isə dünyasını dəyişib.

Avropa ölkələrində də vəziyyət gərgin olaraq qalır. İtaliya, İspaniya, Almaniya, Fransa, Belçika kimi ölkələrdə yoluxma və ölüm halları artmaqdadır.