İspaniyada ÖLÜM REKORDU qeydə alındı - 950 nəfər

 16:18 02.04.2020     846

İspaniyada son bir gün ərzində 950 nəfər yeni növ koronavirusdan ölüb.

Redaktor.az bildirir ki, bununla da ölkədə COVİD-19 qurbanlarının sayı 10 mini keçib. Daha 8 112 nəfərdə virusun əlamətləri aşkarlanıb.

Qeyd edək ki, İspaniyada ümumilikdə 110 238 nəfər koronavirusa yoluxub.