Koronavirusa yoluxanların sayı 1 milyonu keçdi

 16:30 02.04.2020     761

Dünyada indiyədək 1 000 043 insanda koronavirus infeksiyası aşkarlanıb.

Redaktor.az xəbər verir ki, son 2 gündə 200 min nəfər koronavirusa yoluxub.

Pandemiya qurbanlarının sayı 50 434, sağalanların sayı isə 205 993 nəfərdir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 203 ölkə və bölgədə qeydə alınıb.