İran parlamentinin sədri koronavirusa yoluxdu

 20:40 02.04.2020     888

İran İslami Şura Məclisinin (parlament) sədri Əli Laricaniyə koronavirus diaqnozu qoyulub. 

Redaktor.az xəbər verir ki, bu barədə IRIB dövlət televiziyası məlumat yayıb. 

Bildirilib ki, spikerdən bir sıra simptomların müşahidə olunması səbəbindən analiz götürülüb və testin nəticəsi müsbət çıxıb.  

Məlumatda həmçinin Ə.Laricaninin hazırda karantinə alındığı və müalicə edildiyi də vurğulanıb. //Report.az