Gürcüstanda koronavirusa yoluxanların sayı artıb

 23:35 02.04.2020     754

Gürcüstanda koronavirusa yoluxanların sayı 134-ə çatdı

Redaktor.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Qeyd edilir ki, ölkədə COVID-19-a yoluxanların sayı 134-ə çatıb, onların 26-sı sağalıb.

Karantində 5 550, stasionar nəzarətdə isə 281 nəfər saxlanılır.

Hazırda Gürcüstanda 108 koronavirus xəstəsi var. //Report.az