Ermənistanda koronavirusdan daha bir nəfər ölüb

 23:47 02.04.2020     754

Ermənistanda yeni növ koronavirusdan (COVİD-19) daha bir nəfər ölüb.

Redaktor.az-ın verdiyi məlumata görə, bu barədə öz "Facebook" səhifəsində ölkənin səhiyyə nazirinin müavini Alina Nikoqosyan deyib.

Onun sözlərinə görə, koronavirusdan dünyasını dəyişən 78 yaşlı qadın olub.

Bildirilir ki, Ermənistanda koronavirusdan ölənlərin ümumi sayı 6 nəfər çatıb, yoluxan şəxslərdən 5-nin vəziyyəti ağırdır. //Trend.az