Moskvada koronavirusdan ölənlərin sayı artıb

 02:25 03.04.2020     714

Moskvada COVID-19 infeksiyasından ölənlərin sayı 20-yə çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə şəhər meriyasının saytındakı rəsmi statistikada qeyd edilib.

“2 aprelə olan məlumata görə, Moskvada 2475 yoluxma qeydə alınıb, 140 nəfər sağalıb, 20 nəfər isə dünyasını dəyişib”, - deyə statistik göstəricilərdə bildirilib. //APA