Rusiyada koronavirusa yoluxanların sayı artdı

 12:00 03.04.2020     1071

Rusiyada son sutka ərzində 601 nəfərdə koronavirusa yoluxma qeydə alınıb.

Redaktor.az-ın məlumatına görə, 4 nəfər həyatını itirib.

Bu günə qədər ölkədə 4149 nəfər koronavirusa yoluxub.

Rusiyada virusdan ölənlərin sayı 34 nəfərə çatıb.

Ümumilikdə 281 nəfər sağalıb, 3834 nəfərin müalicəsi davam edir. //Trend.az