Çin kosmosa "Uhan" peykini buraxacaq

 04:28 05.04.2020     13020

Çin aprelin ikinci yarısında orbitə "Uhan" adlı peyk buraxacaq.

Redaktor.az-ın məlumatına görə, buraxılış koronavirus epidemiyası ilə mübarizənin şərəfinə bu şəhərin adını alıb.

"Uhan" peyki "Kuayçjou 1A" raket daşıyıcısı vasitəsilə fəzaya çıxarılacaq. Bu peykin Çinin yeni "Sinyun" peyk proqramının ilk mərhələsi olacağı deyilir.

Buraxılışın dəqiq tarixi məlum deyil. //Trend.az