SON DƏQİQƏ: Rusiyada güclü partlayış baş verib

 16:18 04.04.2020     1059

 

Rusiyanın paytaxtı Moskvanın şərqində yerləşən qəsəbədə partlayış baş verib.

Redaktor.az xəbər verir ki, partlayış Moskvadan 80 km məsafədəki 118 min əhalisi olan Orekhovo-Zuyevo qəsəbəsində, günortadan sonra meydana gəlib. Partlayış nəticəsində qəsəbədəki bina yerlə yeksan olub.

Rusiyanın Fövqəladə Hallar Nazirliyi, partlayışın binanın üçüncü mərtəbədə yaranan qaz sızması nəticəsində baş verdiyini açıqlayıb.

Qeyd edək ki, hadisə nəticəsidən ölü və yaralıların olduğu deyilir.