ABŞ-da koronavirusa yoluxanların sayı 300 mini ötüb

 08:35 05.04.2020     1086

ABŞ-da koronavirusa yoluxanların sayı daha da artıb.

Redaktor.az bildirir ki, Cons Hopkins Universitetinin məlumatına görə, Amerika Birləşmiş Ştatlarında koronavirusa 300 915 yoluxma halı qeydə alınıb.

Bildirilir ki, ölkədə 14 459 nəfər COVID-19 infeksiyasından sağalıb.

ABŞ-da koronavirus qurbanlarının sayı isə 8 162 nəfər təşkil edir. //Report.az