İranda zəlzələ qeydə alınıb

 08:50 05.04.2020     1220

İranın cәnub-şәrqindә yerlәşәn Kirman vilayәtinin Kahnuc rayonunda 4 bal gücündə zəlzələ baş verib.

Redaktor.az-ın məlumatına görə, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib.

Zəlzələ aprelin 4-də yerli vaxtla saat 20:36-da, 8 km dərinlikdə qeyd alınıb.

Ehtimal olunan dağıntı və tələfat haqda məlumat verilməyib. //Trend.az