Qırğızıstanda koronavirusa yeni yoluxma halları qeydə alınıb

 09:40 05.04.2020     1324

Qırğızıstanda yeni növ koronavirusa (COVİD-19) daha 3 yoluxma halı qeydə alınıb.

Redaktor.az-ın verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 147 nəfərə çatıb.

Bildirilir ki, 9 nəfər sağalaraq evə buraxılıb, 1 nəfər isə dünyasını dəyişib. //Trend.az