Koronavirusa görə pulsuz izləyəcəklər...

 11:30 05.04.2020     1349

Amerikanım məşhur HBO kanalı koronavirus pandemiyasına görə evdən çıxa bilməyən insanlar üçün yeni aksiyaya start verib.

Redaktor.az xəbər verir ki, aksiya çərçivəsində evində karantin rejimində olan şəxslər film və seriallara 500 saat pulsuz baxmaq imkanına sahib olacaqlar.

Hazırda tamaşaçılar "Soprano Klanı", "Vitse-prezident", "Futbolçular" kimi seriallarla yanaşı "Leqo. Film 2", "Pokemon. Əməliyyatçı Pikaçu", "Kor işıq" və başqa filmləri izləyə bilərlər.

Qeyd edək ki, serial və filmlərə artıq baxmaq mümkündür. //Axşam.az