İtaliyada son sutkada koronavirusdan 525 nəfər ölüb

 20:48 05.04.2020     1382

İtaliyada son sutkada yeni tip koronavirusdan (COVID-19) 525 nəfər ölüb, 4 316 nəfərdə isə yoluxma qeydə alınıb.

Redaktor.az xəbər verir ki, bu  barədə İtaliya Mülki Müdafiə Departamentinin hesabatında bildirilib.

Bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 128948-ə, virusdan ölənlərin sayı isə 15887-yə çatıb. //APA