Türkiyədən çox pis xəbərlər gəlir - Ölü sayı daha da artdı...

 21:40 05.04.2020     1540

Bu gün Türkiyədə koronovirusdan (COVID-19) daha 73 nəfər ölüb.

Redaktor.az xəbər verir ki, Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində son məlumatları açıqlayıb. O qeyd edib ki, son 24 saatda 20065 şübhəli koronavirus testindən keçib, onlardan 3135 nəfərinin cavabı pozitiv çıxıb.

Qeyd edək ki, Türkiyədə koronavirusdan indiyədək 574 nəfər ölüb. Ümumlikdə virusa yoluxanların sayı 27069 nəfərdir.  Onlardan 1381 nəfərinin vəziyyəti ağırdır, 1042 nəfər isə sağalıb.