Fransada koronavirusdan ölənlərin sayı 8 mini ötüb

 23:23 05.04.2020     434

Fransada yeni növ koronavirusdan ölənlərin sayı 8078-ə çatıb. 

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Sanitariya-tibbi agentliyinin açıqlamasında qeyd edilib. 

Ölkədə bu günədək virusa yoluxma hallarının sayının 70478 olduğunu bildirilib. Hazırda 6978 nəfər reanimasiyadadır, 16183 nəfər sağalaraq xəstəxanadan buraxılıb. //APA