Analizinin cavabı müsbət çıxan tanınmış həkim intihar etdi

 00:45 06.04.2020     503

Fransanın "Reyms" klubunun həkimi Bernard Qonzales intihar edib.

Redaktor.az xəbər verir ki, buna səbəb həkimin koronavirus şübhəsi ilə verdiyi analizinin cavabının müsbət çıxması olub.

Məlumata görə, Bernard həyat yoldaşı ilə karantində qaldığı evdə özünü öldürüb. Həkimin məktub yazaraq intiharının səbəbini açıqladığı da vurğulanır.

Klub rəhbərliyi hadisə ilə bağlı danışaraq, məktub haqda xəbərinin olduğunu, lakin içində nə yazıldığını bilmədiyini vurğulayıb. O, bir ay əvvəl Qonzaleslə danışdığını, onun belə bir addım atacağını düşünmədiyini bildirib. //APA