Böyük Britaniyanın baş naziri xəstəxanaya yerləşdirildi

 01:00 06.04.2020     466

Böyük Britaniyanın baş naziri Boris Conson xəstəxanaya yerləşdirilib.

Redaktor.az xəbər verir ki, baş nazir həkimlərin məsləhəti əsasında xəstəxanaya aparılıb. Onun səhhətində COVID-19 infeksiyası aşkarlanandan 10 gün sonra problemlər qalıb. Məlumata görə, Boris Consonun temperaturu yüksəkdir. 

Xatırladaq ki, Böyük Britaniyanın baş naziri martın 27-də koronavirusa yoluxub. 55 yaşlı hökumət başçısı bildirib ki, onun koronavirusla bağlı testi müsbət nəticə verib:

“İndi mən özümü təcridetmədəyəm, amma videokonfrans rejimində hökumətin fəaliyyətinə rəhbərliyi davam etdirəcəm və biz koronavirusa qalib gələcəyik", - deyə Boris Conson bildirib.

Britaniyada koronavirusa yoluxanların sayı 47 806 nəfərə çatıb. //Report.az