İndoneziyada 5.9 bal gücündə zəlzələ olub

 03:45 06.04.2020     356

İndoneziya sahillərində 5.9 bal gücündə zəlzələ baş verib.

Redaktor.az-ın məlumatına görə, bu barədə ABŞ Geoloji xidməti bildirib.

Zəlzələnin episentri Ternate şəhərindən 124 kilometr şimal-qərbdə, təkanların ocağı isə 53.6 kilometr dərinlikdə yerləşib.

Ölən və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib. //Trend.az