Gürcüstan bazarında pulları ütü ilə dezinfeksiya edirlər

 04:50 06.04.2020     355

Gürcüstanın Poti şəhərindəki aqrar bazarda alıcı və satıcıların pullarını dezinfeksiya edən xüsusi əməkdaşlar çalışır. Onlar bunu antiseptik və ütü vasitəsilə həyata keçirirlər.

Redaktor.az xəbər verir ki, həmin əməkdaşlar metal pulları xüsusi maddə ilə, kağız pulları isə ütü ilə dezinfeksiya edirlər.

Bundan başqa, bazarda vətəndaşların termoskrininqi həyata keçirilir və onlara əlcək təklif olunur. //Oxu.az