İsraildə koronavirusa yoluxanların sayı 8500-ü ötdü

 10:23 06.04.2020     351

İsraildə son sutkada koronavirusa daha 593 nəfər yoluxub.

Redaktor.az xəbər verir ki, məlumatı İsrailin Səhiyyə Nazirliyi yayıb.

Ölkədə aprelin 6-dək 8 611 nəfər pandemiya yoluxub, 51 nəfər isə infeksiyadan ölüb. Yoluxanlardan 141-nin vəziyyəti ağırdır.

Məlumata görə, ölənlər əsasən, 49-98 yaş arasında olan şəxslərdir. //Report.az