Özbəkistanda koronavirusa yoluxanların sayı 400-ə yaxınlaşır

 10:50 06.04.2020     331

Özbəkistanda daha 48 nəfərdə koronavirus aşkarlanıb.

Redaktor.az-ın xəbərinə görə, respublikanın Səhiyyə Nazirliyindən bildirilib ki, bununla da, koronavirusa yoluxanların say 390 nəfərə yüksəlib.

İndiyədək iki nəfər ölüb, 30 nəfər sağalıb.

Qeyd edək ki, aprelin 1-dən paytaxt Daşkənddə və regionlarda özünütəcrid rejimi tətbiq olunub, yaşı 65-dən yuxarı olan şəxslərin evdən çıxması qadağan edilib. 100 mindən çox insan karantindədir. //APA