Məşhur milyarder koronavirusdan öldü

 12:41 06.04.2020     366

İtaliyalı milyarder Sergio Rossi yeni tip koronavirusdan həyatını itirib.

Redaktor.az xəbər verir ki, 84 yaşlı iş adamı müalicə aldığı xəstəxanada vəfat edib.

Xəstəxanadan onun nə zaman öldüyü barədə dəqiq məlumat verilməyib.

Qeyd edək ki, milyarder İtaliyanın məşhur ayaqqabı markası olan “Sergio Rossi”nin dizayneri və təsisçisidir.