Rusiyada bir gündə 954 nəfər koronavirusa yoluxub

 11:40 06.04.2020     321

Rusiyada son sutka ərzində koronavirusa daha 954 yoluxma halı qeydə alınıb.

Redaktor.az-ın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, bununla Rusiya ərazisində COVID-19-a yoluxanların sayı 6343 nəfərə çatıb.

Son sutka ərzində 2 nəfərin öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı isə 47 nəfərə çatıb. //APA