Çində güclü zəlzələ olub

 11:47 06.04.2020     359

Çinin şimal-qərbindəki Sincan-Uyğur Muxtar Bölgəsində 6.2 bal gücündə zəlzələ qeydə alınıb.

Redaktor.az-ın məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Altay-Sayan şöbəsi xəbər yayıb.

Zəlzələ saat 02:58-də (GMT+4) qeydə alınıb. Zəlzələnin episentri Şuymoqouda (Sincan-Uyğur Muxtar Bölgəsində şəhər dairəsi) yerləşib.

Dağıntı və itkilər barədə məlumat verilməyib. //Oxu.az