Yeni doğulan körpəyə Kovid adı verildi

 12:23 06.04.2020     333

Rusiyanın Novokuznetsk şəhərində yeni doğulan körpəyə koronavirusun şərəfinə Kovid adı qoyulub.

Redaktor.az xəbər məlumatına görə, körpənin valideynləri bildirib ki, Kovid çox orijinal addır və övladlarının bu adı daşıyacaq ilk şəxs olduğuna görə çox məmnundurlar.

Cütlüyün fikrincə, ifadə gözəl səslənir və əmindirlər ki, övladlarına uğur gətirəcək. //Oxu.az