Ermənistanda qadın minaya düşüb

 13:41 06.04.2020     1761

Ermənistanda qadın minaya düşüb.

Redaktor.az-ın xəbərinə görə, hadisə aprelin 5-i Ararat vilayətində baş verib.

Bildirilib ki, qadın qaynanası və yaxın dostları ilə göyərti yığarkən minaya düşüb. İrəvanda tibb mərkəzinə yerləşdirilən 1987-ci il təvəllüdlü qadının sol ayağı amputasiya edilib.

Qeyd olunub ki, hadisə minalanmış sahədə qeydə alınıb. //APA