Koronavirusa yoluxan Baş nazirin səhhəti pisləşib - İngiltərə ŞOKDADIR

 00:56 07.04.2020     869

Xəbər verdiyimiz kimi, koronavirusa yoluxan İngiltərənin Baş naziri Boris Conson ötən gün xəstəxanaya yerləşdirilmişdi.

Redaktor.az-ın məlumatına görə, bu gün Baş nazirin səhhəti daha da ağırlaşıb, o, reanimasiyaya yerləşdirilib.

“Sky News” televiziyası 55 yaşlı Baş nazirdə xəstəliyin simptomlarının daha da kəskinləşdiyini açıqlayıb. 

Boris Conson səlahiyyətlərinin müvəqqəti icrasın Xarici İşlər naziri Dominik Raaba etibar edib.