Gürcüstanda koronavirusa yoluxanların sayı 195 nəfərə çatdı

 10:15 07.04.2020     822

Gürcüstanda daha yeddi nəfərin koronavirusa yoluxduğu təsdiqlənib.

Redaktor.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Bununla da ölkədə COVID-19 infeksiyasına yoluxanların sayı 195 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus yoluxmuş xəstələrin 39-u sağalıb, 2-si isə ölüb.

Hazırda karantində 4 735, stasionar nəzarətdə isə 383 nəfər saxlanılır. //Report.az