Nyu-Yorkda koronaviruslu xəstələr kilsədə yerləşdiriləcək

 10:27 07.04.2020     470

Nyu-Yorkda yerləşən Müqəddəs İohann kilsəsi koronavirusdan müalicə olunan xəstələrin ixtiyarına veriləcək.

Redaktor.az xəbər verir ki, Nyu-York ABŞ-da koronavirus pandemiyasının mərkəzi hesab olunur. Burada 130 min şəxsdə COVID-19 aşkarlanıb, ölənlərin sayı isə 4700 nəfərə çatıb.

Kilsənin baş keşişi vurğulayıb ki, kilsə vəba epidemiyası zamanı olduğu kimi xəstələri qəbul etməyə hazırdır və bu, yeni təcrübə deyil. //Oxu.az