İsraildə COVID-19 daşıyıcılarının sayı 9 mini keçdi

 11:10 07.04.2020     529

İsraildə son sutkada koronavirusa yoluxanların sayı artıb.

Redaktor.az xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, son sutkada daha 395 nəfərdə koronavirus aşkarlanıb. Beləliklə, ölkədə qeydə alınmış koronavirus faktlarının sayı 9 006-ya çatıb. Bildirilir ki, bunlardan 56-sı ölüb, 683 nəfər isə sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 347 000-i ötüb. Bunların 286 469 nəfəri sağalıb, 74 792 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.