Ermənistanda koronavirusa yoluxanların sayı 850 nəfəri ötdü

 11:33 07.04.2020     460

Ermənistanda koronavirusa yoluxanların sayı 853 nəfərə çatıb.

Redaktor.az-ın məlumatına görə, son sutka ərzində 20 nəfərdə yoluxma qeydə alınıb.

Bu günədək 8 nəfər koronavirusun qurbanı olub,763 nəfərin müalicəsi davam edir.

Ermənistan koronavirusa yoluxma sayına görə Cənubi Qafqazda ən yüksək göstəriciyə malikdir.

Gürcüstanda 195 nəfər koronavirusa yoluxub. //Trend.az