Rusiyada daha 1154 nəfər koronavirusa yoluxub

 11:42 07.04.2020     450

Rusiyada son sutka ərzində koronavirusa daha 1154 yoluxma halı qeydə alınıb.

Redaktor.az-ın Moskva Operativ Qərargahına istinadən verdiyi məlumata görə, Rusiya ərazisində COVİD-19 virusuna yoluxanların sayı 7497 nəfərə çatıb.

Son sutka ərzində 11 nəfərin öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı isə 58-ə çatıb. //APA