Türkiyədə futbol hakimləri koronavirusa yoluxdular

 12:37 07.04.2020     434

Türkiyəli futbol hakimlərində koronavirus infeksiyasının simptomları aşkarlanıb.

Redaktor.az-ın məlumatına görə, bu barədə Mərkəzi Hakimlər Komitəsinin (MHK) sədri Zekeriya Alp açıqlama verib.

O, iki referidən götürülən testlərin nəticəsinin müsbət olduğunu bildirib. MHK sədri hər iki hakimin karantin altında olduğunu və yaxşılaşdığını əlavə edib. //Report.az