Gürcüstan prezidenti 9 qadın məhbusu əfv etdi

 13:08 07.04.2020     535

Gürcüstan prezidenti Salome Zurabişvili Blaqoveşşeniye bayramı ilə əlaqədar əfv sərəncamı imzalayıb.

Redaktor.az xəbər verir ki, sərəncamla 9 məhkum qadın azadlığa buraxılıb.

Əfv olunanların bir və ya bir neçə azyaşlı övladı var və onların törətdikləri cinayət əməlləri ağır cinayətlər kateqoriyasına aid deyil.

Qadınlar bu gün cəzaçəkmə müəssisələrini tərk edəcəklər. //Report.az